00:00:00
Yazar
Admin User
16.02.2016 10:44 363 2 dəq oxuma
Sosial

Bundan sonra tikinti sahəsində heç bir maneə olmayacaq - Kəmaləddin Heydərov

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bakıda iş adamları ilə görüşüb.
Bundan sonra tikinti sahəsində heç bir maneə olmayacaq - Kəmaləddin Heydərov

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bakıda iş adamları ilə görüşüb.

İnformator.az xəbər verir ki, görüşdə tikinti sahəsində fəaliyyət göstərən böyük şirkətlərin sahibləri, FHN tərkibindəki tikintiyə nəzarət üzrə müvafiq agentliklərin rəhbərləri iştirak ediblər.

Görüşdə çıxış edən nazir Kəmaləddin Heydərov bildirib ki, dünyada hökm sürən iqtisadi və maliyyə böhranının ölkəmizə təsirinin minimuma endirilməsi üçün dövlətimizin başçısının göstərdiyi səylər, verdiyi tapşırıqlar, imzaladığı fərman və sərəncamlar, qəbul olunan qanunlar və qanunlara edilən dəyişikliklər onu göstərir ki, Azərbaycan öz iqtisadiyyatını daha da gücləndirəcək və əhalinin sosial rifahı yüksələcək.

Görüşün əsas məqsədinin iş adamlarının problemlərini öyrənib həllinə nail olmaq olduğunu deyən nazir sahibkarların şəhərin daha da inkişafı üçün təkliflər verməyə, problemlərin həllinin müzakirəsində fəal olmağa çağırıb. Eyni zamanda, bildirilib ki, məqsəd respublikamızda tikintinin sürətləndirilməsi istiqamətində mövcud problemlərin ardan qaldırılması və həll yollarının araşdırılmasıdır.

Nazir son 10-12 il ərzində Azərbaycanda digər sahələrin mühüm inkişafı ilə yanaşı, tikinti sektorunun ən çox inkişaf edən sahələrdən biri olduğunu deyib. Qeyd edilib ki, tikintiyə investisiya qoymaq həm sahibkarlar üçün faydalıdır, həm də yeni iş yerlərinin açılması baxımından səmərəlidir.

Kəmaləddin Heydərov tikinti materialları istehsal edən şirkətlərə də tövsiyələr verib: “Tikinti materialları istehsal edən sahibkarlar keyfiyyətli inşaat materiallarına üstünlük verməlidirlər”.

Nazir, həmçinin vurğulayıb ki, bundan sonra tikinti sahəsində heç bir maneə olmayacaq. Görüşdə digər çıxış edənlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirib, tikinti sektorunun inkişafı ilə bağlı təkliflər irəli sürüblər.

Nazir Kəmaləddin Heydərov müraciət və təkliflərin qeydiyyata alındığını, onların həllinə kömək göstəriləcəyini bildirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər