00:00:00
Yazar
Səadət Əlizadə
23.10.2026 14:43 29 1 dəq oxuma
Sosial

Buxarest İqtisadi Tədqiqatlar Universitetinin nümayəndəsi AzTU-da təcrübəsini bölüşüb

Buxarest İqtisadi Tədqiqatlar Universitetinin nümayəndəsi AzTU-da təcrübəsini bölüşüb

Rumıniyanın Buxarest İqtisadi Tədqiqatlar Universitetinin dosenti, Xarici dillərdə biznesin idarə edilməsi fakültəsinin elm və beynəlxalq əlaqələr üzrə dekan müavini Mihail Busu universitetlərarası mübadilə proqramı çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) olub.

 

"İnformator.az" xəbər verir ki, bu barədə AzTU-dan bildirilib. Mihail Busu AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədovla görüşüb. Görüşdə Sənaye iqtisadiyyatı və menecment fakültəsinin beynəlxalq əlaqələr və tədqiqatlar üzrə dekan müavini Mürşüd Mehdiyev də iştirak edib. Görüş zamanı fakültələr arasında əməkdaşlığın inkişaf etdirilməsi və mümkün birgə fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

 

Mübadilə proqramı çərçivəsində Mihail Busu Sənaye iqtisadiyyatı və menecment fakültəsinin professor-müəllim heyəti, doktorantları və gənc tədqiqatçıları üçün elmi konfransların təşkili və elmi məqalələrin nəşri mövzusunda təlim keçib. Təlim zamanı qonaq beynəlxalq elmi konfranslara hazırlıq, elmi məqalələrin yazılması, nüfuzlu jurnallara təqdim edilməsi və rəyçilik prosesi ilə bağlı təcrübəsini bölüşüb.

 

Sonda iştirakçıların sualları cavablandırılıb.

#təcrübəsini #buxarest #universitetinin #tədqiqatlar
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər