Byranskdakı qəzada yaralıların sayı 69 nəfərə çatıb
Bryansk vilayətində körpünün uçması nəticəsində xəsarət alanların sayı üçü uşaq olmaqla 69 nəfərə çatıb.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.
Yaralılardan 3-nün vəziyyəti ağırdır, onlardan biri uşaqdır. 44 nəfər xəstəxanaya yerləşdirilib. Qubernator bildirib ki, 22 nəfər ambulator qaydada müşahidə altında saxlanılır.