00:00:00
Yazar
Admin User
10.07.2023 03:06 214 1 dəq oxuma
Sosial

Bəzi arıqlama peyvəndləri intihara sövq edir - ARAŞDIRMA

Bəzi arıqlama peyvəndləri intihara sövq edir - ARAŞDIRMA

Avropa Dərman Agentliyi (EMA) bəzi arıqlama peyvəndlərini intihar düşüncələrinə səbəb olma şübhəsi ilə nəzarətdən keçirir.

 

İnformator.az BBC NEWS-a istinadən xəbər verir ki, İslandiya agentliyi üç intihar hadisəsi baş verdikdən sonra instintaq başlayıb. Qiymətləndirilən Vegovi, Saxenda və Ozempik iştahı da azaldır.

 

Bu dərmanları yoxlayan zaman Avropa Dərman Agentliyinin müvafiq bölməsi oxşar dərmanların müayinə olunub-olunmamasını da müzakirə edəcək.

 

Diabet xəstələrinin istifadə etdiyi OzempiK Vegovidən daha az semaqlutid ehtiva edir və qan şəkəri ilə yanaşı çəki itirməkdə də təsirli ola bilər. Pilot proqram çərçivəsində Vegovi iynəsini təsdiqləməyə hazırlaşan Böyük Britaniyada pasiyentin ona maksimum iki il daxil olmasına icazə veriləcək.

 

Milli Səhiyyə Xidmətinin (NHS) apardığı araşdırmanın sonunda bu peyvəndin köməyi ilə bədən çəkisinin yüzdə 10-unun itirildiyi müəyyən edilib. İynə iştahı azaldır, insanlara toxluq hissi verir və daha az yeməyə səbəb olur.

 

Bütün bu dərmanların mümkün yan təsirlərinə daxildir: ürəkbulanma, qusma, baş ağrısı, ishal, qəbizlik, mədə ağrısı, zəiflik.

 

Dərmanların izah vərəqində istifadəçilərə “əhvalın qəfil dəyişməsindən ehtiyatlı olmaq” xəbərdarlığı edilib. Belə narahatlıqlar yarandıqda səhiyyə müəssisəsinə müraciət məsləhət görülür.

 

Böyük Britaniyanın Dərman Tənzimləmə və Lisenziyalaşdırma Agentliyi (MHRA) da vəziyyəti izlədiklərini açıqlayıb.

 

Məryəm Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər