00:00:00
Yazar
Admin User
13.01.2026 17:54 87 1 dəq oxuma
İdman

“Bəzi mövqelər var ki, onları gücləndirməliyik”

“Bəzi mövqelər var ki, onları gücləndirməliyik”

“Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze təlim-məşq toplanışı və yeni transferlərlə bağlı klubun rəsmi saytına açıqlama verib.

 

Mövzu ilə bağlı idman şərhçisi Ağa Dadaşzadə “İnformator.az”a açıqlamasında bildirib ki, ən yaxşı halda qol vuran, son dövrlər də nəticəsi yaxşı, fiziki cəhətdən yaxşı olan hücumçu lazımdır:

 

“Onsuz da bu komandanın ən böyük məqsədi Premyer Liqada qalmaqdır. Ona görə də yaxşı hücumçu və birdə komandanın özünə inamının artması, motivasiyasının güclü olması kifayət edər. 1 oyunçu olsun, yaxşı oyunçu olsun, yəni mən əsas məsələni hücumda görürəm. O ki qaldı bazardakı aktivlik, o pulla bağlıdır, pul yoxdursa axtarışın da heç bir mənası yoxdur. Oyunçu olmasına var, amma az pula aşağı səviyyəli oyunçu olacaq. Axtarış təbii ki, davam edəcək, amma mən hesab edirəm ki, maksimum bir yaxşı hücumçu kifayət edəcək komandaya ki, ən azından Premyer Liqada qalsın, amma yenədə pul olarsa, imkan olarsa, sponsor cəlb edilərsə, qapıçı bir mərkəz müdafiəçisi olduqca vacibdir”.


Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər