00:00:00
Yazar
Admin User
21.10.2023 09:01 347 1 dəq oxuma
Sosial

Bəzi müəllimlər fərdi hazırlıq adı altında, 10-15 nəfərlə dərs keçir

Bəzi müəllimlər fərdi hazırlıq adı altında, 10-15 nəfərlə dərs keçir

“Təhsil sisteminin idarə edilməsində idarəetmə sahəsini bilənlər, bu sahədə püxtələşən şəxslərin olması daha vacibdir”.

 

Bu sözləri İnformator.az-a açıqlamasında tanınmış təhsil eksperti Elçin Əfəndi bildirib. Ekspert deyir ki, hazırda təhsil sistemini idarə edənlər kurs rəhbərləri də olar bilər, kurs idarəçiləri də.

 

“Biz bu idarəçiliyin nə dərəcədə effektli olmasının da şahidi oluruq. Bundan əlavə, müəllimlərin özlərinin də xüsusi idarə sistemləri var. Valideynlər övladlarını müəllim yanına hazırlığa qoyan zaman bir sıra məqamlara diqqət yetirməlidir. Həmin hazırlıq mərkəzdirsə, xüsusi hesabat təqdim edirsə, bunu nəzərə almalıdırlar”.

 

Eyni zamanda, Elçin Əfəndi valideynlərə hazırlıqla əlaqədar xəbərlıq da edib.

 

“Valideyn övladını fərdi hazırlıq adı altında repetitor yanına qoyursa, valideynlər bu haldan mütləq qaçmalıdırlar. Bəzi müəllimlər fərdi hazırlıq adı altında, 10-15 nəfərlə dərs keçir. Eyni zamanda sınaqların da tərtib edilməsi çox vacibdir”.

 

Nigar Səmədli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər