Bəzi QR kodlar təhlükə yarada bilər
QR kodlar işimizi asanlaşdırmasına və faydalı olmasına baxmayaraq, bəzən sui-istifadə alətinə çevirilir. Etibarsız mənbələrdən skan etdiyiniz QR kodlar sizin üçün təhlükə yarada bilər.
İnformator.az verir ki, QR kodu skan etdikdən sonra telefonunuzda zəng etmək və ya nömrəyə sms göndərmək funksiyası işə düşə bilər. Bu isə nömrənizin üçüncü tərəflə paylaşılması deməkdir. Zərərsiz görünsə də, telefon nömrəniz vasitəsilə şəxsi məlumatlarınızı ələ keçirtmək mümkündür.
Qeyd edək ki, bu təhlükə tək şəxsi məlumatlarınız üçün yox, həm də kart hesabınıza pul çəkməyə də şərait yaradır.
