Bəzi rayonlarda leysan yağacaq
Azərbaycanın bəzi rayonlarında leysan yağacaq.
Bu barədə "İnformator.az"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilir ki, rayonlarda noyabrın 14-ü axşamdan 15-i gündüzədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Əsasən şərq rayonlarında yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
