00:00:00
Yazar
Hüseynova Mələk
06.10.2026 19:49 45 1 dəq oxuma
Sosial

Yağışlı havalarda şəhər sıxlığının qarşısını almaq üçün yeni tənzimləmə mexanizmləri

Yağışlı havalarda şəhər sıxlığının qarşısını almaq üçün yeni tənzimləmə mexanizmləri

Bakıda payız-qış mövsümündə yağışlı havalar hərəkətin kəskin yavaşlamasına, görünüş məsafəsinin azalmasına və su basan kritik nöqtələrdə nəqliyyatın iflic olmasına gətirib çıxarır. 

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında nəqliyyat ekspert Eldəniz Cəfərov bildirib ki, yağışlı havalarda avtomobillərin sürəti azalır, ara məsafəsi artır və burada tıxac yox, sadəcə müəyyən sıxlıq yarana bilir:

 

“Bu sıxlıq sonra tıxaca da çevrilə bilər və bunun qarşısını almaq üçün yaxşı olar ki, ilk növbədə yollardakı gölməçələr yığışdırılsın. Yollarda drenaj sistemi olmalı, kanalizasiya sistemi rahat işləməlidir ki, axan yağış asfalt üzərində qalmasın. Yollarda kiçik qəzalar olan kimi sıxlığın yaranması da, bəzən qanunvericiliklə irəli gələn ziddiyyətlərlə əlaqəli olur. Qəza baş verəndə sürücü, qəza xidməti necə davranmalı, qəza sonrası necə davranılmalıdır, bunlarla bağlı vətəndaşlarda, sürücülərdə xüsusi bir məlumat yoxdur. Məlumatlısızlıqdan bunlar hamısı baş verir".

 

Ekspert qeyd edir ki, yollar gölməçə olacaqsa, yol da bağlanacaq, tıxac da olacaq. Yəni bizim yadımızdadır ki, bir neçə il əvvəl Bakıya yağış yağanda avtobuslar gölməçələrdə batıb qalıb və müəyyən sərnişinlər üçün də müəyyən risk yaranıb. Bu risklər mərhələli aradan qaldırılmalıdır.

 

Xədicə İsmayılova

 

#Yağış #hava #tıxac
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər