Bəzən mənə elə gəlir ki, hər şeyin sonudur... Aydan Qaısmova yazır
Bəzən mənə elə gəlir ki, hər şeyin sonudur. Daha doğrusu, əvvəllər belə hiss edirdim.
Yaşanmışlıqların çətinliyimi, ağırlığımı, yoxsa sadəcə vecsizliyimmi bilmirəm, amma hər şeyi boş verməyə başladım. Bəlkə də, məhz buna görə insanların qəzəbinə tuş gəldim, buna görə sıyrıldım bu cəmiyyətdən. Buna görə insanlar içindən sığındım sənətə. Çünki hər şeyin yorduğu və özünəinamın get-gedə azaldığı bir mühitdə ya gündən-günə solarsınız, ya da başınızın havalanmaması üçün müxtəlif məşğuliyyətlər taparsınız.
Öncə yazı, sonra rəsm, ən sonda isə sadəcə özüm. Zamanla o qədər vecsizləşdim ki, insanlara qarşı, bir növ hissizləşdim.
Sizə hissizləşməməyi tövsiyə edirəm, çünki çox daha faydalı yollar da var özünüzü hüzurlu və hüzurda hiss etməniz üçün.
Hüzur tam olaraq nədir bilmirəm. İllərlə hüzuru axtardım mən, illərlə o mövhum üçün ağladım. Kimin üçün hüzur Tanrı, kimi üçün büd, kimi üçün sadəcə bir ruh və ya bir əşyadır. Lakin mən ən sonda hüzurun özüm olduğuna inandım. Zamanla anladım ki, hüzur tamamilə biz anlayışından ibarət deyil. Onun bir qismi həm də siz mövhumundan ibarətdir.
Özünüzü sevin, dəyər verin, hüzur tapmaq istəyirsinizsə, sadəcə gözlərinizi yumun və maksimum bir həftə sonrasını düşünün. O zaman çox şey düzələcək və böyük ehtimalla, dərdiniz qalmayacaq. Amma əgər qalırsa, keçmiş olsun. Gözünüzü yummanız bəs etmirsə, bir göz qırpımındakı deyil, günlərin, həftələrin, aylar yaxud, illərin səbri və savaşı gərəkdir sizə.
Sizə sizi SİZ edən hekayə gərəkdir. Doğru hekayəni yazmağı bacarın.
Aydan Qasımova
