00:00:00
Yazar
Admin User
12.09.2025 17:28 124 2 dəq oxuma
İdman

Çövkən mundialının favoritləri

Çövkən mundialının favoritləri

Beynəlxalq Çövkən Federasiyasının rəsmisi deyib ki, Bakıda keçiriləcək mundialın əsas favoritləri Azərbaycan və Argentina yığmalarıdır.

 

Mövzu ilə bağlı idman eksperti Kənan Məstəliyev bildirib ki, çövkən Azərbaycanın milli idman növüdür:

 

“2500 il əvvəl hətta 3000 il tarixi olan bu idman növünün Azərbaycan ərazisində yarandığı və dünyaya yayıldığı bildirilir. Bu barədə bütün dünya bilir, yəni bunun haqqında dəfələrlə yazılıb. Orta əsrlərdə də 16, 17-ci əsrlərdə 18-ci əsrdə çövkən Azərbaycandakı inkişafının ən yüksək pik nöqtəsi olub. Ondan sonrakı dövrlərdə də dədə babalarımız at belində bu oyunu oynayıblar. Həm bu idman növü, həm də Azərbaycanda həm döyüşkən mübarizə ruhunun inkişaf etdirilməsi, həm də bir komanda ruhunun yüksəldilməsi, birlik, bərabərlik ruhunun, ideyasının yüksəldilməsi baxımından çox vacib rol oynayır. Son illərdə Azərbaycan Federasiyası çox böyük işlər görərək bu məsələni daha da beynəlxalq səviyyəyə qaldırıb. Beynəlxalq Federasiyasının yaradılması və onun inkişafı üçün çox vacib addımlar atıldı. Bu idman növünün ən yaxşılarındandır və son Avropa çempionu çempionatında, bu ilki iyunda keçirilən Avropa çempionatında qalibiyik, ümumiyyətlə Azərbaycan dünya çövkən idmanında liderlərdən biri, bəlkə də ən güclüsü, onlar da Beynəlxalq Çövkən Federasiyasının Azərbaycanı favorit göstərmək və Argentinayla ilə yanbayan göstərmək təsadüfi deyil. Bu illərlə qazanılan nəticələr, görülən işlərin nəticəsidir düşünürəm ki, bu yarışda da, Argentinayla birlikdə Azərbaycan ən yaxşılardan da, ola bilər və mən bunu heç də təəccüblə qarşılamayacam çünki Azərbaycan dünyada çövkənin lideri və bir nömrəsidir“.

 

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər