00:00:00
Yazar
Lalə Qafarova
16.02.2026 20:34 11 2 dəq oxuma
İdman

"Çətin dönəmdə ‘Qarabağ’a dəstək olmaq qərarı verdik" - "Neftçi"nin baş məşqçisi

"Çətin dönəmdə ‘Qarabağ’a dəstək olmaq qərarı verdik" - "Neftçi"nin baş məşqçisi

Neftçi PFK çətin dönəmdə Qarabağ FK-ya dəstək olmaq qərarı verib. Baş məşqçi Yuri Vernydub bildirib ki, klub rəhbərliyi ilə aparılan müzakirələrdən sonra bu addımın atılması məqsədəuyğun hesab olunub. O, “Qarabağ”ın beynəlxalq arenada Azərbaycanı təmsil etdiyini vurğulayaraq, “Nyukasl”la oyunda komandaya uğurlar arzulayıb və bu dəstəyin ümumi futbol maraqlarına xidmət etdiyini qeyd edib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında idman eksperti Kənan Məstəliyev bildirib ki, “Neftçi”nin etdiyi əslində dostluq jestidir. Onun sözlərinə görə, Azərbaycan futbolunun xeyri və rifahı naminə belə bir addımın atılmasını alqışlamaq lazımdır:

 

"Yəni bunu heç cür mənfi dəyərləndirmək olmaz. ‘Neftçi’yə buna görə təşəkkür etmək lazımdır, çünki ‘Qarabağ’ həqiqətən də Azərbaycan futbolunun tarixi üçün çox əhəmiyyətli qarşılaşmalara çıxacaq. Ona görə də komandanın istirahət etməsi və daha yaxşı hazırlaşması üçün şərait əldə etməsi vacibdir. Bu çox yaxşı addımdır. Amma bu addımla ‘Neftçi’ öz-özünə ziyan vurmuş oldu. Çünki komanda yaxşı sürət və temp yığmışdı. ‘Qarabağ’ı məğlub edərək xal qazana bilərdi. Məsələ təkcə qələbə deyil, həm də ritmi qoruyaraq davam etmək idi. İndi isə ritm itə bilər, çünki bu qarşılaşmadan sonra ‘Neftçi’ növbəti matçına yalnız 14 gün sonra çıxacaq. Bu isə çox uzun müddətdir. Bu vaxt ərzində komandanın oyun keçirməməsi ona mənfi təsir göstərə bilər və çempionluq, eləcə də avrokuboklar uğrunda mübarizədə zərbə vura bilər.

Hər halda, bu məşqçilərin və klub rəhbərliyinin qərarıdır. Onlar ‘Qarabağ’ və Azərbaycan futbolu üçün müsbət addım atdılar. Lakin öz komandalarının gedişatı baxımından o qədər də uğurlu qərar vermədilər. Ümumilikdə, bu qərar Premyer Liqada çempionluq yarışına da təsir göstərəcək. Çünki ‘Qarabağ’ çempionluq yarışında rəqibindən dörd xal geridədir və ‘Neftçi’ ilə matçda xal itirsəydi, xal fərqi arta bilərdi. Mən düşünürəm ki, bu qərar daxili rəqabət balansına müəyyən qədər mənfi təsir göstərəcək. Amma reallıq budur ki, ‘Qarabağ’ Azərbaycan futbolunun fəxridir və onlara müəyyən güzəşt edilməsini müəyyən mənada başa düşmək olar".

 

Reyhan Quliyeva

#xeber #gundem
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər