00:00:00
Yazar
Admin User
15.08.2025 14:43 136 1 dəq oxuma
İdman

Cüdo məşqçiliyi üzrə proqramın iştirakçılarına sertifikatlar təqdim olunub

Cüdo məşqçiliyi üzrə proqramın iştirakçılarına sertifikatlar təqdim olunub

Bu gün Beynəlxalq Cüdo Federasiyası (BCF) Akademiyasının cüdo məşqçiliyi üzrə proqramının iştirakçılarına sertifikatların təqdimolunma mərasimi keçirilib.


"İnformator.az" xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr idarəsinin müdiri Anar Bağırov, Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli, ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu və ACF prezidentinin müşaviri Natiq Bağırov iştirak ediblər.

 

Mərasimi giriş sözü ilə açan ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu dəstəyə görə BCF prezidenti Marius Vizerə, BCF Akademiyasının rəhbərliyinə, eləcə də proqramın yerli dəstəkçiləri və ekspertlərinə təşəkkürünü bildirib. Təhsil sahəsində fəaliyyətin ACF-nin ümumi strategiyasının əsas istiqamətlərindən biri olduğunu vurğulayıb və növbəti ildən etibarən daha çox beynəlxalq iştirakçıların qəbuluna şərait yaradılacağını qeyd edib. Yekunda Rəşad Rəsullu iştirakçılara sabahkı imtahanlarda uğurlar arzulayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər