Cüdo üzrə Liqa yarışının III turu start götürüb
Cüdo üzrə U-14 yeniyetmələr arasında Liqa yarışının III turu start götürüb.
"İnformator.az" xəbər verir ki, yarışda 80 klub və idman cəmiyyətindən olan 390 idmançı (313 oğlan, 77 qız) ümumilikdə 18 çəki dərəcəsində medallar uğrunda mübarizəyə qoşulub. Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində keçirilən turnirin ilk günündə 9 çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşib.
Qeyd edək ki, cari ildə U-14 Liqa yarışının dörd turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar nəticəsində idmançıların reytinq siyahısı formalaşacaq.
İlk günün qalib və mükafatçıları:
Oğlanlar
38 kq
1. Fərid Abdullayev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
2. Əfsan Cabbarov (Şuşa UGİM)
3. Abdullah Xudiyev (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
3. Yusif Əkbərzadə (ACF)
46 kq
1. Eldar Xəlilov (Goranboy OİK)
2. Məhərrəm Bayramlı (Sumqayıt şəhəri 1 İOEUGİŞM)
3. Elgün İlyasov (Balakən OİK)
3. Bəhram Mehdi (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)
55 kq
1. Yusif Qurbanov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
2. Hüseyn Süleymanov (Neftçi İK)
3. Əli Mustafazadə (Sumqayıt şəhəri 1 İOEUGİŞM)
3. Murad Şirinli (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
66 kq
1. Yaqub Əliyev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
2. Rəsul Əliyev (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
3. David Səmədov (Balakən OİK)
3. Kərim Məmmədov (Ramana İM)
