00:00:00
Yazar
Admin User
11.11.2025 15:42 143 1 dəq oxuma
İdman

Cüdo yığmamız çempion olub

Cüdo yığmamız çempion olub

"İrimiqyaslı cüdo yarışlarındakı nailiyyətlərimiz göz qabağındadır. Sübut kimi, təkcə 2024-cü il Paris yay Olimpiya oyunlarında qazanılan iki qızıl medalı göstərmək kifayətdir".

Bu sözləri idman jurnalisti şərhçi, Rövşən Binnətli "İnformator.az"a açıqlamasıbda deyib. O qeyd edib ki, söhbət komanda uğurundan gedirsə, deməli, qalibiyyətdə komanda üzvünün hər birinin həlledici payı var:

 

"Tatami ustalarımız Dünya, Avropa çempionatlarında, eləcə də "Böyük Dəbilqə" turnirlərində də etimadı layiqincə doğruldurlar. Həm kişi, həm də xanım cüdoçularımızın fərdi mübarizələrdəki uğurları, təbii ki, komanda yarışlarında da özünü göstərməli idi və göstərib. İslam Həmrəyliyi Oyunlarındakı parlaq qələbənin əsas səbəbi hər bir cüdoçumuzun öz çəkisində favoritlər sırasında olması və potensiallarını komanda şəklində göstərə bilmək bacarığıdır. Azərbaycan Cüdo Federasiyasında görülən işlər sınaqdan çıxmış beynəlxalq standartlarla tam uzlaşır. Bu nümunəvi fəaliyyət sayəsində cüdoçularımızın yüksək nəticələr göstərməsi artıq davamlı xarakter alıb və qazanılan hər uğur formalaşan beynəlxalq imicin daha da möhkəmlənməsi, artması deməkdir".

 

Zəhra Möhübbətova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər