00:00:00
Yazar
Admin User
30.04.2018 06:25 637 3 dəq oxuma
Siyasət

Cümhuriyyət 100 yaşında...

100 il əvvəl bizim dövlət rəmzlərimiz-bayrağımız, himnimiz, gerbimiz, ana dilimiz yaradıldı
Cümhuriyyət 100 yaşında...

Könül Məmmədova

Kitabxanaçılıq və İnformasiya fakültəsi IV kurs tələbəsi

Bu il may ayının 28də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Cümhuriyyət dedikdə, hər birimizin ağlında bu şüar əks olunur:
“Bir kərə yüksələn bayraq, bir daha enməz! ”
Devizimizə çevrilən bu şüar, Məmməd Əmin Rəsulzadəyə məxsusdur. Bu şüardan sonra zirvəyə qalxan bayrağımızı endirməyə çalışanlar çox oldu. Lakin onlar bir şeyi unudurdu. O bayraq zirvəyə qalxdığı andan xalqımız daha da güclənmişdi. İnsanlar arasında birlik, bərabərlik daha da artmışdı. Azərbaycan xalqı bu şüarı yaddaşlarına, ondan da əvvəl qəlblərinə yazdı.
Cümhuriyyət istiqlal bəyannaməsinin qəbul edilməsiylə yaradıldı. 1928ci il 28 mayda əsası qoyulan Cümhuriyyətin ömrü qısa olsa da, qarşıya qoyduğu ideya və gördüyü işlər çox böyük idi. Əvvəla irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırmaq, müstəqillik ideyasını təbliğ etmək lazım idi. Çətinliklər olsa da bu ideya həyata keçdi və hələ də qorunub saxlanılmaqdadır. Ömrü qısa olsa da, Cümhuriyyətdən geriyə silinməz, unudulmaz bir tarix qaldı. O tarixin üstündən artıq 100 il keçir.
100 il əvvəl bizim dövlət rəmzlərimiz-bayrağımız, himnimiz, gerbimiz, ana dilimiz yaradıldı. 100 il əvvəl torpağımız, vətənimiz qarşısında bir söz verdik. “O bayraq enməyəcək!” dedik. “Ondan ötrü can verməyə hazır olduğumuzu, qan tökməyə qadir olduğumuzu ” vurğuladıq. Cümhuriyyətin bizə qoyub getdiyi bayrağı müqəddəs bildik. Ana dilimizi, onun gözəlliklərini, bədiiliyini qorumağı özümüzə borc bildik. 100 il əvvəl millət olmağın əhəmiyyətini daha yaxşı öyrəndik. Və elə o vaxtdan vətən, xalq, millət olaraq öz fərqimizi, mərdliyimizi, vətənpərvərliyimizi hər kəsə sübut etdik.
Cümhuriyyət təhsilə verilən dəyərlə, bu sahədə atılan böyük addımlarla da tarixdə iz qoydu. 100 il əvvəl ilk universitetimiz- indiki Bakı Dövlət Universiteti yaradıldı. Təhsilə qayğı, gənclərin savadlanması ilkin ideyalardan idi.
Ordunun yaradılmasına diqqət, insanlarda vətənə sevgi yaratmaq, vətənpərvərlik hissini artırmaq da qarşıya qoyulan məsələlərdən idi.
Ömrü az, lakin qoyduğu iz əsla silinməz olan Cümhuriyyət dövründə incəsənət, teatr və digər sahələrə də qayğı və diqqət artmışdır.
Bütün bunlar göstərir ki, biz dəyişməmişik, o zaman da müstəqillik, vətənpərvərlik, birlik ideyası altında yaşamışıq. O dövrün üstündən keçən 100 il isə bizi sadəcə inkişaf etdirib,vətənpərvərliyimizi artırıb, birliyimizi saxlayıb. Cümhuriyyətin varisi bizik, qəlbimizdəki vətən sevgisidir.
Hələ 100 il əvvəl əsası qoyulan ideyaların həyata keçirilməsində, qorunub saxlanılmasında Heydər Əliyevin rolu böyükdür. Ümummilli liderimiz şanlı tariximizi əsla bizə unutdurmamış, müstəqilliyimizi daima qoruyub saxlamağın, dilimizi sevməyin, bir olmağın, vətənimizlə, xalqımızla fəxr etməyin əhəmiyyətini daima vurğulamışdır. Cümhuriyyətin silinməz tarixiylə əlaqədar olaraq, hər il xalqımız 28 Mayı “Respublika günü” kimi qeyd edir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev isə “Xalq Cümhuriyyətinin 100 illik yubileyi” haqqında sərəncam imzalamışdır. Sərəncamda deyilir:
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edilsin.”


Bir bayraq yaratdın, daim zirvədə,
Bir millət yaratdın, hər an birlikdə.
Silinməz iz qoydun, tariximizdə
100 yaşın mübarək, ey Cümhuriyyət!

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər