00:00:00
Yazar
Admin User
08.02.2016 12:51 888 1 dəq oxuma
Maraqlı

Cürüməyə məhkum edilmiş maşınlar

1950-ci ildə istehsal edilən və bir zamanların məhşur maşını olan 36 ədəd Corvette maşın ABŞ-ın Nyu-York şəhərində bir qarajda cürüməyə “məhkum edilib”
Cürüməyə məhkum edilmiş maşınlar

1950-ci ildə istehsal edilən və bir zamanların məhşur maşını olan 36 ədəd Corvette maşın ABŞ-ın Nyu-York şəhərində bir qarajda cürüməyə “məhkum edilib”.

İnformator.az xəbər verir ki, almaniyalı rəssam Peter Maksın sahib olduğu maşın kolleksiyası keçən il Skott Heller adlı bir kolleksiyaçıya satılıb. 25 ildir qarajda saxlanılan maşınların yeni alıcısı tərəfindən yenilənərək muzeydə satışa çıxarılması gözlənilir.

Maşinların istehsal tarixi 1953-cü ildən 1989-cu ilə qədərdir. 1953-cü ildə maşından 300, 1955-ci ildə isə 700 ədəd istehsal edilib.

Dünyanın ən böyük Corvette avtomobil kolleksiyasını iki oğlu və qohumu ilə birlikdə satın aldığını deyən Skott Heller avtomobillərin yenilənməsi üçün Maks ilə birlikdə işləmək istədiyini, amma bu təklifin rədd edildiyini bildirib. Heller isə məhşur satirik Kris Mazili ilə birlikdə işləməyə çalışır. Avtomobilləri təmir etdikdən sonra isə, onların tək-tək deyil, kolleksiya şəklində satılması planlaşdırılıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər