Çat böyüyür: “Netanyahu istəyib, Tramp rədd edib”.
İsrail İranla razılaşmanın mətnini nəzərdən keçirmək üçün ABŞ-dan istəyib, lakin Vaşinqton administrasiyası bu tələbi rədd edib.
İsrail lap əvvəldən ABŞ prezidenti Donald Trampın İranla razılığa gəlmək cəhdlərinə qarşı çıxıb. İş o yerə çatıb ki, ifrat sağçı İsrail mediası Trampı satqın elan edib.
ABŞ mətbuatında əvvəlki xəbərlərdə İsrailin Amerikada casusluq fəaliyyəti həyata keçirərək məxfi məlumatlara çatmağa cəhd etdiyi göstərilib. Pentaqon İsrailin casusluq fəaliyyətləri ilə bağlı xəbərdarlıq səviyyəsini ən yüksək səviyyəyə qaldırıb.
Məlumata görə, İsrailin tələbinin rədd edilməsinə səbəb Trampın rəsmi açıqlamasından əvvəl Netanyahunun razılaşmanı sızdıra biləcəyi qorxusu olub.
CNN Türk
Aydan Əsgərxanlı