00:00:00
Yazar
Admin User
14.08.2025 13:47 147 1 dəq oxuma
Hadisə

“Çelsi” Jota və qardaşının ailəsinə 15,5 milyon bağışlayıb

“Çelsi” Jota və qardaşının ailəsinə 15,5 milyon bağışlayıb

"Çelsi" klublararası dünya çempionatını qazandığına görə əldə etdiyi bonus ödənişlərini "Liverpul"un mərhum futbolçusu Dioqu Jota və onun qardaşı Andre Silvanın ailəsinə bağışlamaq qərarına gəlib.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə "Athletic" nəşri məlumat yayıb.

 

Bildirilib ki, maliyyə dəstəyinin ümumi məbləği təxminən 15,5 milyon dollar təşkil edəcək. Xatırladaq ki, klublararası dünya çempionatının finalında "Çelsi" PSJ üzərində 3:0 hesablı qələbə qazanıb.

 

Qeyd edək ki, Jota və qardaşı iyulun 3-də avtomobil qəzasında həlak olublar.

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər