00:00:00
Yazar
Admin User
08.11.2025 08:19 111 1 dəq oxuma
İdman

“Çelsi”nin müdafiəçisi İspaniya çempionatında çıxış edə bilər

“Çelsi”nin müdafiəçisi İspaniya çempionatında çıxış edə bilər

İngiltərənin “Çelsi” klubunun müdafiəçisi Mark Kukurelya İspaniya çempionatında çıxış edə bilər.

 

“İnformator.az” “Fichajes”ə istinadən xəbər verir ki, 27 yaşlı futbolçuya “Atletiko” maraq göstərir.

 

Klub ispaniyalı arxa xətt oyunçusu ilə 2026-cı ilin yayında danışıqlara başlamağı planlaşdırıb. Futbolçunun London təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir.

 

Qeyd edək ki, M.Kukurelya cari mövsümdə meydana çıxdığı 15 matçda iki məhsuldar ötürmə müəllifi olub. “Transfermarkt” portalı “Barselona”nın yetirməsini 45 milyon avro dəyərində qiymətləndirir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər