00:00:00
Yazar
Admin User
14.11.2025 17:59 144 1 dəq oxuma
İdman

"Çelsi"nin qapıçısı Hemptondan zədə xəbəri

"Çelsi"nin qapıçısı Hemptondan zədə xəbəri

"Çelsi"nin qapıçısı Hanna Hempton bud əzələsindən aldığı zədə səbəbilə bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə klubun baş məşqçisi Sonya Bompastor cümə günü məlumat verib.

 

24 yaşlı futbolçu ötən həftə "Arsenal"la 1:1 hesablı heç-heçə ilə nəticələnən qarşılaşmada zədələnib. O, bu həftə Çempionlar Liqasında Avstriyanın "Sankt Pölten" klubuna qarşı 6:0 hesablı qələbə ilə bitən oyunun heyətində yer almayıb və yerini isveçrəli Livia Penqə verib. “Onu ilin sonuna qədər meydana qaytara biləcəyikmi, hələ dəqiq deyil,” - deyə Bompastor "Liverpul"la qarşıdakı WSL oyunu öncəsi bildirib. Hamptonun İngiltərə millisinin noyabrın 29-da Çin, dekabrın 2-də isə Qana ilə keçirəcəyi yoldaşlıq oyunlarını da buraxacağı gözlənilir.

 

 

Reuters 

Mələk Nəsirli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər