“Çelsi”nin ulduzu “Qarabağ”a qarşı oynamayacaq
"Bəli, Koul Palmer komandanın əsas, həm də ən əsas oyunçularından sayılır. Onun yoxluğu, təbii ki, itkidir, amma "Çelsi" kimi top klublar geniş heyətə malikdir, üstəlik, taktiki planda B, S və s. variantları var".
Bu sözləri idman jurnalisti, şərhçi Rövşən Binnətli "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, Palmerin oynamaması "Qarabağ"ın müdafiə xəttinin yükünü, ən başlıcası, psixoloji gərginligi nisbətən azalda bilər:
"Ancaq məsələyə "rəqibin lider futbolçusu çıxış etmir, işimiz asan olacaq", - düşüncəsiylə yanaşmaq çox ciddi yanlışlıq olar. Unutmayaq ki, "Çelsi" ilk dəfə yeni formatda - 32 klubun iştirakı ilə keçirilən Dünya Çempionatının qalibi, İngiltərə Premyer-Liqasının qələbəyə iddialı komandalarından biridir. Yəni, istənilən futbolçunu əvəz edəcək layiqli ehtiyat qüvvəyə malikdir".
Zəhra Möhübbətova
