00:00:00
Yazar
Admin User
04.10.2025 19:36 167 1 dəq oxuma
İdman

"Çelsi" son dəqiqələrdə "Liverpul"u məğlub edib

"Çelsi" son dəqiqələrdə "Liverpul"u məğlub edib

İngiltərə Premyer Liqasında VII turun mərkəzi oyunu keçirilib.

 

"İnformator.az" xəbər verir ki, "Çelsi" öz meydanında son çempion "Liverpul"u qəbul edib. Görüş London klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Matçda ilk qolu meydan sahibləri vurublar. Moyses Kaysedo 14-cü dəqiqədə "doqquzluğ"u dəqiq nişan alıb. Qonaqların heyətində Kodi Qakpo hesabı bərabərləşdirib. Qarşılaşmada son nöqtəni isə 90+5-ci dəqiqədə Eştevau qoyub.

 

Bu nəticədən sonra "Liverpul" 15 xalla 2-ci, "Çelsi" 11 xalla 6-cıdır. Hər iki komanda UEFA Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ"ın rəqibidir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər