“Çelsi” və “Monako” arasında transfer qalmaqalı
Transfer pəncərəsinin son saatlarında “Çelsi” ilə “Monako” arasında Lamin Kamaranın transferi ilə bağlı qalmaqal yaşanıb.
“Çelsi” Enzo Fernandesin “Mançester Siti”yə 125 milyon funt-sterlinqə satılmasından sonra Kamaranı heyətinə qatmaq istəyib. Tərəflər arasında danışıqlar aparılıb və futbolçu tibbi müayinədən keçərək 2033-cü ilə qədər müqavilə imzalayıb.
Lakin “Monako” Folarin Balogunun “Everton”a transferinin baş tutacağını düşündüyü üçün Kamaranı “Çelsi”yə satmaqdan imtina edib. Balogunun transferi isə son anda baş tutmayıb.
Nəticədə Kamara “Monako”da qalıb. Klubun idman direktoru Tiaqo Skuro futbolçunun məyus olduğunu bildirib.
Qeyd edək ki, “Liverpul” da Kamara ilə uzun müddətdir maraqlanır.
Güllər Gülhüseynova