Çempionlar Liqası oyunçusu vəfat edib
Fransada keçiriləcək Çempionlar Liqası oyunu ərəfəsində komandasının qaldığı oteldə ölü tapılan, "Sale" klubunun keçmiş oyunçusu (ikinci xətt oyunçusu) Hyron Andrews-in vəfat etdiyi müəyyən edilib.
Bu yay Yohannesburqda yerləşən "Lions" komandasına qoşulan 31 yaşlı idmançının aortasında – ürəkdən bədənin digər hissələrinə qan daşıyan əsas arteriyada – yırtılma baş verib.
Bu yırtılma nəticəsində ürəyi əhatə edən əzələ kisəsi qanla dolub. Andrews duş kabinəsində huşsuz vəziyyətdə tapılıb.
Selcan Xudiyeva