Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlanıb
UEFA Çempionlar Liqasının III turundan sonra həftənin rəmzi komandası açıqlanıb. Siyahıda “Qarabağ”la oyunda iki qol vuran “Atletic” hücumçusu Gorka Guruzeta da yer alıb. Komandada “Tottenham ”, “PSG”, “Arsenal”, “Liverpool”, “İnter”, “Barcelona”, “Borussia Dortmund”, “Bavariya”, “Newcastle” və "PSV" futbolçuları da var.
Mövzu haqqında idman mütəxəssisi Ağa Dadaşzadə "İnformator.az"a açıqlamasında bildirib ki, “Qarabağ”la oyunda parlayan futbolçu Guruzeta-nın çıxışı karyerasına yaxşı təsir edə bilər:
"Amma bir oyun ilə nəyisə ölçmək düzgün olmaz. Çünki qarşıda daha da ağır oyunlar var və daha güclü komandalarla oyunlarda onun potensialı məlum olacaq.Azərbaycan təmsilçisinin oyunçularından Leandro rəmzi komandaya yaxın idi. Ancaq məğlubiyyət olan zaman rəmzi komandaya düşmək biraz çətindir.Ümumiyyətlə maraqlı, sürətli oyunlar keçirilir. Bunun ardınca növbəti oyunlar daha da yaxşı və maraqlı olacaq. Növbəti həftələrdə daha bol qollu qarşılaşmalar olacağı gözlənilir".
Nazim Xeyrxəbərli
