00:00:00
Yazar
Admin User
20.09.2024 16:12 204 2 dəq oxuma
Yoxdur

Çempionlar Liqasında "Türk" damğası! Həm Kerem Aktürkoğlu, həm də Orkun Kökçü qol vurdu!

Çempionlar Liqasında "Türk" damğası! Həm Kerem Aktürkoğlu, həm də Orkun Kökçü qol vurdu!

Ötən gecə Çempionlar Liqasında 6 oyun keçirildiyi halda, “Benfika”da çıxış edən milli futbolçularımızın çıxışı ön plana çıxıb.

Belqradda keçirilən matçda Benfika səfərdə "Srvena Zvezda"nı 2:1 hesabı ilə məğlub edərək Nəhənglər Liqasına qələbə ilə başlayıb.

"Qalatasaray"dan "Benfika"nın heyətinə qatılan və həftəsonu liqadakı ilk oyununda qol vuran Kerem Aktürkoğlu yeni komandası ilə Çempionlar Liqasında ilk matçını qaçırmayıb. 25 yaşlı futbolçu 9-cu dəqiqədə komandasını hesabda irəli çıxarıb.
Belə ki, milli ulduz "Qalatasaray"dan ayrıldıqdan sonra Milli Komanda və "Benfika" forması ilə 3 rəsmi matçda 5 qol vurub.

"Benfika"da mövsümə əla başlayan Orkun Kökçü 29-cu dəqiqədə cərimə zərbəsini ələ keçirib və möhtəşəm zərbə ilə komandasının ikinci qolunu vurub.

"Benfika"nın baş məşqçisi Bruno Lage Orkunun cərimə zərbəsindən vurduğu qoldan sonra ehtiyat oyunçular skamyasında oturan hər kəs böyük coşğu yaşayarkən
bir müddət hərəkətsiz qalması çox danışıldı.

Kerem Aktürkoğlu və Orkun Kökçü Avropa komandasında oynayarkən Çempionlar Liqası matçında birlikdə qol vuran ilk türk futbolçu olublar. Kərəm Nəhənglər Liqasında 3-cü dəfə toru silkələsə də, Orkun ilk qolunu vurdu.

Matçdan sonra açıqlama verən Kerem Aktürkoğlu bu ifadələrdən istifadə edib:
"Mən Kerem Aktürkoğlu, ləqəbim Harri Porterdir. Xoşbəxtəm, çünki qələbəyə layiq idik. Çətin atmosferdə çətin matç oldu. Amma qalib gəlməyi haqq etdik. Yaxşı oynadıq və düzgün müdafiə olunduq. 3 xalla başlamaq vacib idi".

Mənbə: Hürriyet
Fatimə Abdulrəhimli 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər