00:00:00
Yazar
Səadət Əlizadə
11.05.2026 19:43 18 1 dəq oxuma
İdman

Çempionlar Liqasının finalı almaniyalı hakimə tapşırılıb

Çempionlar Liqasının finalı almaniyalı hakimə tapşırılıb

2026-cı il UEFA Çempionlar Liqasının final oyununun hakim təyinatları açıqlanıb. 
 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, PSJ (Fransa) ilə “Arsenal” (İngiltərə) arasında keçiriləcək həlledici qarşılaşmanı almaniyalı baş hakim Daniel Zibert idarə edəcək. 

 

FIFA referisi 2015-ci ildən beynəlxalq səviyyədə oyunlara təyinat alır. O, AVRO-2020-də üç, AVRO-2024-də isə iki oyunu idarə edib.

 

42 yaşlı referi cari mövsümdə Çempionlar Liqasında 9 qarşılaşmada baş hakim olub. O, bu oyunlar arasında “Sportinq” – “Arsenal” (1/4 finalın ilk oyunu) və “Arsenal” – “Atletiko” (yarımfinalın cavab görüşü) matçlarını da idarə edib.

 

Qeyd edək ki, final görüşü mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə yerləşən “Puşkaş Arena”da baş tutacaq.

#azərbaycan #baki #gündəm #finalı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər