00:00:00
Yazar
Admin User
02.12.2025 18:16 117 1 dəq oxuma
İdman

“Çempionluq uğrunda əsas mübarizə hələ qabaqdadır”

“Çempionluq uğrunda əsas mübarizə hələ qabaqdadır”

Türkiyə Superliqasında "Qalatasaray" səfərdə "Fənərbağça" ilə qarşılaşıb. Qarşılaşma 1-1 hesabı ilə başa çatıb. "Sarı-qırmızılar" 33 xalla liderdir. "Fənərbağça" isə 32 xalla ikinci pillədə yer alır.

 

Mövzu ilə bağlı idman jurnalisti Ceyhun Rzayev "İnformator.az"a açıqlamasında qeyd edib ki, çempionat uzun bir marafondur və hələ turnirin ekvator xəttinə belə çatmadıq, yəni yarıdan çoxu hələ irəlidədir:

 

"Bu baxımdan, hazırkı turnir cədvəlindəki vəziyyətin qarşıdakı gedişata xüsusi təsir göstərəcəyini düşünmürəm. Əlbəttə, qalib gələn komanda həm əsas rəqibini məğlub etmiş olacaq, həm də cədvəldə bir qədər önə çıxacaq. Amma istənilən komandanın məğlubiyyəti belə, ümumi gedişə ciddi təsir etməyəcək. Çünki çempionat hələ yeni başlayıb və çempionluq uğrunda əsas mübarizə hələ qabaqdadır. Mən düşünürəm ki, "Fənərbağça" və "Qalatasaray" sona qədər bu mübarizədə iştirak edəcəklər".


Günel Əlili

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər