00:00:00
Yazar
Səadət Əlizadə
09.04.2026 17:28 14 1 dəq oxuma
Media

Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib

Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib

Pakistanın baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar regionda baş verənlərlə bağlı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı aparıb.

 

İnformator.az” xəbər verir ki, pakistanlı nazir bununla bağlı “X” hesabında paylaşım edib.


Ceyhun Bayramov Pakistanın ilkin atəşkəsin təmin olunmasında və sülhün təşviqində rolunu yüksək qiymətləndirib.


Məhəmməd İshaq Dar isə Pakistanın bu istiqamətdə səylərini davam etdirməkdə qətiyyətli olduğunu bildirib və bu addımların uzunmüddətli sülhə töhfə verəcəyinə ümid etdiyini vurğulayıb.


Tərəflər gələcəkdə də əlaqələrin davam etdirilməsi barədə razılığa gəliblər.

#ceyhun #xəbər #azərbaycan #qiymətləndirib #rolunu
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər