00:00:00
Yazar
Nərmin Həşimova
05.06.2026 21:42 20 1 dəq oxuma
Siyasət

Ceyhun Bayramov Rusiyaya səfər edəcək- ŞƏRH

Ceyhun Bayramov Rusiyaya səfər edəcək- ŞƏRH

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 13-də Moskvaya işgüzar səfər edəcək. Səfərin Azərbaycan-Rusiya münasibətlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığı bildirilir.


Mövzu ilə bağlı politoloq Ramiyə Mamedova "İnformator.az"a açıqlamasında bildirib ki, Ceyhun Bayramovun Moskvaya səfərində ən əsas məsələlərdən biri son dövrdə iki ölkə arasında yaranan gərginliklərin müzakirəsi olacaq: 


“Aktauda təyyarənin vurulmasından sonra Azərbaycan-Rusiya münasibətləri istədiyimiz, daha öncəki səviyyədə olmadı. Bununla bağlı məsələlər yenidən müzakirə olunacaq. Təbii ki, həm iqtisadi, həm siyasi, həm də regional istiqamətlərdə danışıqlar aparılacaq. Rusiya regionun ən böyük dövləti və regional güc kimi Qafqazda mühüm rol oynayır, Azərbaycan üçün də bu təsir böyük əhəmiyyət daşıyır. Müzakirələrin gündəmində üçüncü ölkələrin, xüsusilə, Qərb dövlətlərinin regiondakı təsiri, üçtərəfli layihələr çərçivəsində gedən proseslər, o cümlədən Ermənistanla kommunikasiyaların açılması məsələsi də yer alacaq. Azərbaycanın Qərblə münasibətlərinin tənzimlənməsi iqtisadi, siyasi və logistik baxımdan ayrıca müzakirə mövzusuna çevriləcək. Bu münasibətlərdə gərginlik yarandığı zaman ciddi təsirlər özünü göstərir, ona görə də Azərbaycan-Rusiya münasibətlərinin balansının qorunması hər iki tərəf üçün strateji zərurətdir".


Mehriban Yariyeva

#Bayramov #səfər #Rusiya #müzakirələr #şərh
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər