00:00:00
Yazar
Admin User
23.06.2023 15:14 271 1 dəq oxuma
Sosial

ChatGPT-dən alınan saxta işləri həqiqət kimi məhkəməyə təqdim etdilər

ChatGPT-dən alınan saxta işləri həqiqət kimi məhkəməyə təqdim etdilər

ABŞ-da iki vəkil ChatGPT-yə istinad edərək, saxta işləri sanki gerçəkmiş kimi məhkəməyə təqdim edib. 

 

İnformator.az NTV-yə istinadən xəbər verir ki, işə baxan Kevin Kastel adlı hakim bildirib ki, hər iki vəkil mart ayında müvəkillərinin Meksikanın Avianca aviaşirkətinə qarşı qaldırılan iddiası üçün süni intellektlə yazılmış xülasə təqdim ediblər.

 

“Əgər vəkillər səhvlərini etiraf etsəydilər, indi vəziyyət tamam başqa cür olardı” deyə Kastel bilidirib. Hakim vəkillərin hüquq firmalarını 5 min dollar cərimələyib.

 

Qeyd edək ki, bu hadisə məhkəmə prosesində süni intellektdən istifadədə ilk hal deyil. Bu ilin mart ayında Hindistanda bir hakim cinayət işində ChatGPT-dən istifadə edib. Müttəhimin zaminə buraxılma tələbini süni intellektdən soruşan hakim daha sonra bu tələbi rədd edib. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər