"Chelsea"nin daha bir hücumçusu komandadan uzaqlaşır
UEFA Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ"ın rəqibi olan "Chelsea" komandası daha bir itki ilə üzləşib. Liam Delap aldığı zədələr səbəbi ilə bir müddət meydana çıxa bilməyəcək.
Mövzu ilə bağlı idman mütəxəssisi Ceyhun Rzayev "İnformator.az"a açıqlamasında bildirib ki, "Chelsea" komandasında keyfiyyətli futbolçular o qədər çoxdur ki, hər hansı futbolçunun zədələnməsi "Qarabağ"ın sevincinə səbəb olmamalıdır:
"Ümumilikdə 'Qarabağ"ın İngiltərə komandaları qarşısında elə bir şansı yoxdur. Hansı ki, "Liverpool" və "Chelsea" ilə qarşılaşacağıq, onlara qarşı məğlub etmə potensialı çox azdır. Demək olar ki, ayrı planetlərin komandası hesab oluna bilərlər. İngiltərə Liqasının komandaları və bizim milli komandalar tamamilə ayrı səviyyədədirlər. Nəticədə rəqib komandada hər hansı bir oyunçunun yoxluğu 'Qarabağ" üçün qətiyyən müsbət bir hal deyil".
Mələk Nəsirli
