"Chelsea"nin rəisi Maresca etdiyi sevincə görə cəzalandırılıb
"Chelsea"nin nin baş məşqçisi Enzo Maresca, "Liverpool"a qarşı 2:1 hesablı qələbə zamanı göstərdiyi qeyri-idman hərəkətə görə bir oyunluq texniki zona cəzası alıb və 8.000 funt sterlinq (təxminən 10.689 ABŞ dolları) məbləğində cərimələnib. Bu barədə İngiltərə Futbol Assosiasiyası (FA) çərşənbə günü məlumat yayıb.
"Chelsea" oyunun 90+5-ci dəqiqəsində qələbə qolunu vurduqdan sonra Maresca sevincindən texniki zona boyunca qaçaraq futbolçularla coşqulu şəkildə qol sevincini qeyd edib. Bu davranışına görə ikinci sarı vərəqə alaraq baş hakim Anthony Taylor tərəfindən meydandan uzaqlaşdırılıb. FA açıqlamasında bildirib: "Məşqçinin oyun zamanı qeyri-etik davranış sərgilədiyi və/və ya təhqiredici sözlər işlətdiyi və/və ya təhqiramiz hərəkətlər etdiyi iddia olunub ki, bu da təxminən 96-cı dəqiqədə meydandan kənarlaşdırılmasına səbəb olub". Enzo Maresca ittihamı qəbul edərək standart cəzanı qəbul edib. O, şənbə günü ''Nottingham Forest''ə qarşı keçiriləcək Premyer Liqa oyununda texniki zonada olmayacaq. Hazırda "Chelsea" 11 xalla turnir cədvəlində 7-ci yerdədir, lider ''Arsenal"dan 5 xal geri qalır.
Reuters
Mələk Nəsirli
