00:00:00
Yazar
Aydan Əsgərxanlı
08.07.2026 18:51 24 1 dəq oxuma
Dünya

"Chevron" şirkətinin neft tankerinə Qara dənizdə dron hücumu edilib

"Chevron" şirkətinin neft tankerinə Qara dənizdə dron hücumu edilib

ABŞ-nin "Chevron" şirkəti tərəfindən icarəyə götürülmüş "Yasa Polaris" adlı neft tankeri Qara dənizdə dron hücumuna məruz qalıb.

 

"İnformator.az" "Reuters" agentliyinə istinadən xəbər verir.


Məlumata görə, gəmiyə Novorossiysk ərazisində Xəzər Boru Kəməri Konsorsiumunun neft yükləmə terminalına yaxınlaşarkən PUA zərbəsi həyata keçirilib.

 

Bildirilir ki, gəminin ekipajı zərər görməyib və Qazaxıstan neftinin ixracı dayandırılmayıb.

 

Ən böyük səhmdarı ABŞ-nin "Chevron" şirkəti olan "Tengizchevroil" "CPC Blend" markalı neftin əsas ixracatçılarından biri kimi çıxış edir. Bu neft əsasən Qazaxıstandakı Tengiz yatağında hasil olunur. Gəmi Türkiyədə qeydiyyatdan keçmiş "Yasa Holding" şirkəti tərəfindən idarə olunur.

#gündəm #qara #yeni #tankerinə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər