00:00:00
Yazar
Admin User
05.07.2023 10:31 224 2 dəq oxuma
Sosial

Çimərlik menyuları-təhlükəsizlik və qiymət: Restoranlar bu məqamlarda diqqətli olsunlar

Çimərlik menyuları-təhlükəsizlik və qiymət: Restoranlar bu məqamlarda diqqətli olsunlar

Yay aylarında tez-tez zəhərlənmə halları müşahidə olunur. Bunlar birbaşa qidaların düzgün saxlanmamasından qaynaqlanır. Nəzərə alanda ki, isti havalarda üz tutduğumuz başlıca məkanlardan biri məhz çimərliklərdir, buradakı kafe və restoranların da servis etdiyi yeməklərə diqqət etməkdə fayda var. Dəniz mövsümünün açılması ilə özəl çimərliklərdəki restoranlar da fəaliyyətə başlayıb. Bəs bu restoranların menyularında hansı yeməklər var və ümumiyyətlə, təhlükəsizlik baxımından uyğundurlarmı?

 

İnformator.az bu sualların cavabını tapmağa çalışıb.

 

Şəhər restoranlarının birinin işçisi onu da deyir ki, yeməklərin təhlükəsizliyini təmin etmək, xarab olmasının qarşısını almaq üçün qidaları normal temperaturda soyuducuda saxlayırlar.

 

Qida mütəxəssisləri isə diqqət edilməli başqa məqamların olduğunu da bildirirlər.

AQTİ-nin mütəxəssisi Aynur Həsənova bildirir ki, tez xarab olan yeməklər 2 saatdan çox açıqda qalmamalıdır: “İsti havalarda isə yemək 1 saatdan çox açıqda qalmamalıdır. Unutmayın ki, qidanın “təhlükəli bölgə” adlandırılan 4 dərəcə ilə 60 dərəcə arasında 2 saatdan çox saxlanması bakteriyaların sürətlə çoxalmasına və yoluxucu xəstəliklərin yaranmasına səbəb olur. Soyuq yeməkləri kiçik ölçülərdə servis edin. Yaxşı olar ki, bu tip yeməkləri elə əvvəlcədən kiçik ölçülərdə qablaşdırasınız”.

Çimərlik restoranlarında ən çox tələbatın ət yeməkləri olduğunu nəzərə alsaq, restoran işçilərinin nəzər yetirməli olduğu xüsusi nüanslar var. Həm soyuducuda saxlanması cəhətdən, həm də bişirmək. Mütəxəssis mal, qoyun, balıq, toyuq ətinin bişirildikdən sonra servis edənə qədər isti saxlanmasını məsləhət görür: “İsti yeməyi qril rəfinin yanına qoyaraq isti saxlaya bilərsiniz.Digər qidalara damcılamanın qarşısını almaq üçün çiy əti soyuducunun alt təbəqəsində xüsusi qabda saxlamaq lazımdır. Həmçinin çiy ət və dəniz məhsullarının etibarlı şəkildə büküldüyündən əmin olun ki, suyu bişmiş qidaları və ya meyvə-tərəvəzi çirkləndirməsin”. 

Qeyd edilən məqamlarla yanaşı gedilən kafe və restoranların gigiyenik şəraitinə də diqqət etmək tövsiyə olunur. Nəzərə alsaq ki, yay aylarında tez-tez zəhərlənmə halları müşahidə olunur, hər bir halda, bu tədbirlərə diqqət etməkdə fayda var.

 

Nəzrin Malik

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər