00:00:00
Yazar
Admin User
11.09.2023 15:23 277 1 dəq oxuma
Sosial

ÇİMƏRLİKLƏR BOŞ QALIB

ÇİMƏRLİKLƏR BOŞ QALIB

  Yaxın günlər ərzində ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır. Yay fəslinin bitməsinə təxminən 2 həftə qalır. Amma havaların qeyri-sabit keçməsi, görünür, çimərlik mövsümünün daha tez bitməsinə gətirib çıxarırır.

  Çimərlikdə az sayda görünən insanlar mövsümün sonunu dəyərləndirən, təmiz hava üçün bura üz tutanlardır. Ərazidə qalan masa və oturacaqlar hazır vəziyyətdə bir neçə günə növbəti mövsümə qədər toplanmağı gözləyir. Bəzi obyektlərin qarşısındakı mənzərə isə həqiqətən də "çimərlik mövsümü bitir" deyir. Həmin mağazaların satıcıları geridə qoyduqları mövsümü hava şəraitinin qeyri-sabit keçməsi ilə əlaqədar uğurlu hesab etmirlər.

  Qeyd edək ki, ölkəmizdə çimərlik mövsümü sentyabrın 15-də başa çatır. Hava şəraitinin hələ bir neçə gün də qeyri-sabit davam edəcəyini nəzərə alsaq, bu il bu mövsümün daha tez gəldiyini demək olar.

NƏRGİZ

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər