00:00:00
Yazar
Admin User
11.07.2023 13:08 338 2 dəq oxuma
Sosial

Çimərliklərə FHN nəzarəti: Diqqət edilməli məqamlar

Çimərliklərə FHN nəzarəti: Diqqət edilməli məqamlar

Çimərlik mövsümünün yeni başlamağına baxmayaraq demək olar ki, hər gün “dənizdə boğulma, ölüm” kimi xəbərlərlə qarşılaşırıq. Nə qədər maarifləndirmə işləri aparılsa da, insanlar həyatlarına biganə yanaşırlar. Vəziyyət belə olduqda təhlükəsizliklə bağlı məsuliyyət birinci özümüzün, sonra isə FHN-nin üzərinə düşür.

 

Çimərliklərdə təhlükəsizlik qaydalarına əməl etməklə bağlı dəfələrlə xəbərdarlıq edilsə də, bu göstərişlərə hələ də əməl etməyənlər var. Elə buna görədir ki, indidən ölüm və boğulma halları müşahidə olunmağa başlayıb. Bəs təhlükəsizliyimizi təmin etmək üçün hansı məqamlara diqqət etməliyik? Ümumiyyətlə, FHN bunun üçün hansı tədbirləri görür.

 

Dənizdəki insanlara xüsusi olaraq ayrılmış müşahidə məntəqəsindən nəzarət olunur. Bu məntəqədə olan FHN əməkdaşı hər hansı təhlükəli məqam yarandıqda ratsiya vasitəsi ilə digər əməkdaşlara xəbər verir. Beləcə xilasedici qayıq hadisə yerinə yollanır.

 

Təhlükədən söz düşmüşkən, FHN əməkdaşlarının vətəndaşları diqqətli olmağa çağırdığı bəzi məqamlar var.

 

Kiçikhəcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidməti böyük inspektoru Fərid İlhamoğlu deyir ki, əvvəla, vətəndaşlar getdikləri çimərlikdə FHN əməkdaşlarının olmağına diqqət etsinlər: “FHN olmayan ərazilərdə çimmək təhlükəlidir. Bundan başqa dənizə içkili gəlməsinlər, ümumiyyətlə içki gətirməsinlər və s. Xilasedicilərin olduğu saatda çimərliyə getmək də nəzərə alınmalı tədbirlər sırasındadır. Səhər 9-dan axşam 8-ə qədər fəaliyyət göstəririk. Fəaliyyət saatımız bitdikdə çimərlikdəkilərə iş saatımızın bitdiyini, xilasetmə qayıqlarının sudan çəkildiyini bildiririk ki, daha diqqətli olsunlar. Mövsüm başlayandan 18 xilasetmə əməliyyatı həyata keçirmişik. Ölüm halı isə qeydə alınmayıb”.

 

FHN əməkdaşı bildirir ki, əgər hər hansı boğulma hadisəsi baş verərsə ilknövbədə batan şəxs sudan çıxarılır və sahilə gətirilir, ona ilk tibbi yardım göstərilir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər