Çimərliyə qidaları soyuducuda aparmaq tövsiyə edilir
Dəniz kənarında ac qalmamaq üçün insanlar evdən yemək, meyvə, tərəvəz kimi müxtəlif qidalar gətirirlər. Nəzərə alsaq ki, burada havanın temperaturu daha yüksək olur, deməli, gətirdiklərimizin xarab olmaq təhlükəsi də var.
Qida mütəxəssisləri bu səbəbdən çimərliyə daha çox meyvə quruları, çərəz, meyvə-tərəvəz və adi su aparmağı tövsiyə edir. Bişmiş qidalar isə açıq havada qaldığından aparmaq çox da tövsiyə edilmir.
AQTİ-nin mütəxəssisi Aynur Həsənova məsələni belə açıqlayır ki, temperaturun yüksək olması qidalarda bakteriyaların inkişafına səbəb ola bilər.
Qidaların polietilen torba əvəzinə kiçik soyuducularda aparılması tövsiyə edilir. Su qoyulan soyuducunun ayrı, qida üçün soyuducunun isə ayrı götürülməsi məsləhətdir.
Son olaraq, kənardan daxil ola biləcək havanın qarşısını almaq üçün soyuducunun tam doldurulması uyğun görülür.
Nəzrin Malik
