00:00:00
Yazar
Admin User
04.01.2026 13:32 69 1 dəq oxuma
Dünya

Çin ABŞ-ni Maduro və həyat yoldaşını dərhal azad etməyə çağırır

Çin ABŞ-ni Maduro və həyat yoldaşını dərhal azad etməyə çağırır

Çin ABŞ-nin rəhbərliyi altında həyata keçirilən hərbi əməliyyat zamanı qaçırıldığı bildirilən Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşının dərhal azad olunmasına çağırıb.

 

Çin Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada ABŞ-nin Maduronu və həyat yoldaşını ölkədən zor gücü ilə çıxarmaq cəhdindən dərin narahatlıq və təəssüf hissi ifadə edilib. Bildirilib ki, bu cür addımlar beynəlxalq hüququn, beynəlxalq münasibətlərin fundamental normalarının və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və prinsiplərinin açıq şəkildə pozulmasıdır.

 

Açıqlamada qeyd olunub:

 

“ABŞ Nikolas Maduro və onun həyat yoldaşının şəxsi təhlükəsizliyini təmin etməli, onları dərhal azad etməlidir. Vaşinqton Venesuelada hökuməti devirmək cəhdlərinə son qoymalı, mövcud problemlərin dialoq və danışıqlar yolu ilə həllinə şərait yaratmalıdır.”

 

Nazirlik, həmçinin ABŞ-nin suveren bir dövlətə və onun legitim dövlət başçısına qarşı güc tətbiqini qətiyyətlə pislədiyini vurğulayıb.

 

TRT XƏBƏR 

Ləman Mahmudlu 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər