00:00:00
Yazar
Admin User
03.04.2025 17:14 290 1 dəq oxuma
Maraqlı

Çin kosmosa rabitə texnologiyası sınaq peyki göndərib

Çin kosmosa rabitə texnologiyası sınaq peyki göndərib

Çin ölkənin cənubundakı ada əyaləti Haynanda yerləşən Vençan Kosmik Buraxılış Mərkəzindən yeni rabitə texnologiyasını sınaqdan keçirmək üçün peykini kosmosa göndərib.

 

Peyk bu gün yerli vaxtla saat 00:05-də Haynan əyalətinə bağlı Vençan şəhərində yerləşən Kosmik Buraxılış Mərkəzindən buraxılıb. “Uzun Yürüş-7” daşıyıcı raketi ilə göndərilən peykin müəyyən edilmiş orbitə daxil olduğu bildirilib. Peyk çoxzolaqlı və yüksək sürətli rabitə texnologiyalarının sınaqdan keçirilməsi üçün istifadə olunacaq.

 

Bu buraxılışın, “Uzun Yürüş” seriyasına aid daşıyıcı raketlərin 566-cı missiyası olduğu qeyd edilib.

 

Mənbə:CNN Türk

Səyyarə Mirzəyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər