00:00:00
Yazar
Admin User
12.01.2026 09:11 66 1 dəq oxuma
Dünya

Çin Trampın İranla bağlı bəyanatına münasibət bildirib

Çin Trampın İranla bağlı bəyanatına münasibət bildirib

Pekin digər dövlətlərin daxili işlərinə hər hansı xarici müdaxiləyə qarşıdır.

 

“İnformator.az” “Al Arabiya”ya istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mao Nin ABŞ Prezidenti Donald Trampın İranla bağlı səsləndirdiyi fikirlə əlaqədar belə bir bəyanatla çıxış edib.

 

Qeyd edək ki, D.Tramp İranda etirazçıların öldürülməsi halında bu ölkəyə hərbi müdaxiləni istisna etməyib.

 

“Biz həmişə digər ölkələrin daxili işlərinə müdaxiləyə qarşıyıq”, - o, mətbuat konfransında deyib.

 

XİN rəsmisi bütün tərəfləri Yaxın Şərqdə sülh və sabitliyin qorunmasına töhfə verən addımlar atmağa çağırıb.

 

Xatırladaq ki, İranın baş prokuroru Məhəmməd Mövahedi Azad yanvarın 10-da kütləvi etiraz aksiyalarının iştirakçılarını ölüm cəzası ilə hədələyib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər