00:00:00
Yazar
Admin User
03.08.2023 07:30 333 1 dəq oxuma
Sosial

Çəkilmiş ət özündən necə ucuz ola bilər?

Çəkilmiş ət özündən necə ucuz ola bilər?

Hazırda əksər supermarketlərdə farş, ətdən 20-25 faiz ucuz qiymətə satılır. Belə bir sual ortaya çıxır. Farşın qiyməti ətin özündən necə və hansı səbəbdən ucuz ola bilər? Ətin 1 kiloqramı 14-18 manat aralığında olduğu halda, çəkilmiş dana ətinin qiyməti 14 manatdan aşağı təklif edilir. Ət sümükdən ayrıldıqda və çəkildikdə sahibkar bunu daha yüksək qiymətə satmalıdır. Amma reallıqda bunun əksi müşahidə edilir.


Supermarketlərdən fərqli olaraq kiçik dükanlarda qiymətlər fərqlidir. Mal ətinin qiyməti 14 manat, sümüksüz ət 17 manatdır. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, istehlakçı bilmir onun tərkibində nə var. Bəzən də kartof unu vururlar, nişasta vururlar, ona görə də qiymət aşağı olur: “Adətən farş çəkənlər o maşının içinə öncədən köhnə xarab olmuş ət atırlar, istehlakçının aldığı təzə əti də onun içərisinə qarışdırıb verirlər. Əsl farş, təmiz ətdən hazırlanmış farş marketlərdə satılan qiymətə başa gələ bilməz. Minimum həmin ətin qiymətində olmalıdır”.

 

Azad İstehlakçılar Birliyinin sədri deyir ki, mövcud qaydalara görə, əmtəə bazarında satılan bütün malların üzərində istehsalçı firmanın tərkibi və ünvanı qeyd edilməlidir. Ət yalnız alıcının, yaxud da baytar həkimin yanında sümükdən ayrılıb çəkilə bilər. Bununla yanaşı, çəkilmiş ətin baytarlıq arayışı da olmalıdır. Həmin sənəddə hansı heyvanın əti olması və hansı səbəbdən çəkilməsi göstərilməlidir. Bu kimi qeydlərin göstərilmədiyi məhsul artıq şübhəli hesab olunmalıdır.


Səbinə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər