00:00:00
Yazar
Admin User
16.08.2025 18:49 144 1 dəq oxuma
Hadisə

Cəlilabadda qardaşı arvadını öldürən şəxs saxlanılıb

Cəlilabadda qardaşı arvadını öldürən şəxs saxlanılıb

Cəlilabadda qətl törədən şəxs saxlanılıb.


"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, avqustun 16-da saat 04 radələrində Cəlilabad rayonunun Alar kəndində 1963-cü il təvəllüdlü Nərimanova Rəviyyə Əliheydər qızı yaşadığı evdə kəsici alətlə qətlə yetirilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, hadisə ailədaxili münaqişə zəminində baş verib. Cinayəti törətməkdə şübhəli bilinən mərhumun qaynı – 1984-cü il təvəllüdlü Əliyev Təhmasib Tərixan oğlu polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.


Faktla bağlı araşdırma aparılır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər