00:00:00
Yazar
Admin User
08.01.2026 12:08 70 1 dəq oxuma
Dünya

Cənubi Azərbaycandan olan qadından Xameneiyə sərt sözlər

Cənubi Azərbaycandan olan qadından Xameneiyə sərt sözlər

İranda artan etirazlar, dərinləşən iqtisadi böhran və kütləvi edamlar, həbslər fonunda Cənubi Azərbaycandan olan yaşlı bir qadının emosional çıxışı sosial mediada geniş müzakirə olunur.

 

“İnformator.az” xəbər verir ki, məlumatı “Azad İran” “Telegram” kanalı yayıb.

 

Yayılan görüntülərdə qadın İranın ali lideri Əli Xameneiyə müraciət ünvanlarayaq onu sərt tənqid edir. Xanım onu “vicdansız” adlandırır və deyir:

 

“Niyə insanlara zülm edirsən? Niyə anaları ağladırsan? Onları öldürmək əvəzinə çörək ver. Sən necə lidersən? Sən İsraildən daha betər olmusan. Onlar bir neçə raket atdılar və daha az insan öldürdülər, amma sən kütləvi edamlar həyata keçirirsən”. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər