Cənubi Koreyada tarixi qərar: sabiq prezident və həyat yoldaşı eyni vaxtda məhkum edilib
Cənubi Koreyanın vəzifədən uzaqlaşdırılan sabiq prezidentinin həyat yoldaşı Kim Keon Hi mübahisəli Birləşmə Kilsəsindən rüşvət almaqda təqsirli bilinərək 20 ay həbs cəzasına məhkum edilib.
Lakin məhkəmə 52 yaşlı Kim Keon Hini səhm qiymətlərinin manipulyasiyası və 2022-ci il prezident seçkiləri ərəfəsində həyat yoldaşı Yun Sok Yolun qalib gəldiyi seçkilərdən əvvəl siyasi brokerdən pulsuz rəy sorğuları alma ittihamları üzrə təqsirsiz hesab edib.
Qeyd edək ki, Yun Sok Yol özü artıq 2024-cü ildə uğursuz hərbi vəziyyət elan etmə cəhdi ilə bağlı səlahiyyətdən sui-istifadə və ədalət mühakiməsinə mane olma ittihamları ilə 5 il həbs cəzasına məhkum olunub.
Bu hadisə Cənubi Koreya tarixində ilk dəfədir ki, sabiq Prezident və onun həyat yoldaşı eyni vaxtda məhkum edilən olurlar.
Banu Məmmədova
BBC NEWS
