00:00:00
Yazar
Admin User
15.07.2023 13:24 244 1 dəq oxuma
Sosial

Cənubi Koreyanı sel aparır

Cənubi Koreyanı sel aparır

Cənubi Koreyada üç gündür yağan leysan yağışları torpaq sürüşməsinə və Çhunbuk əyalətində Qoesan bəndinin daşmasına səbəb olub.

Nəticədə yeddi nəfər ölüb, üç nəfər itkin düşüb, yaralılar var. 1500-dən çox insan təxliyə edilib. Daxili İşlər və Təhlükəsizlik Nazirliyi müxtəlif vaxtlarda 7000-dən çox insanı əhatə edən evakuasiya əmri verib.

Bəndin aşması ilə əlaqədar bu say arta bilər. Ölkənin baş naziri, hərbi qüvvələri xilasetmə fəaliyyətlərinə qoşulmağa, texnika və işçi qüvvəsini səfərbər etmək üçün hökumət rəsmiləri ilə birlikdə işləməyə çağırıb.

Korea Dəmiryol Koorparasiyasından bildirilib ki, vəziyyətlə əlaqədar bütün adi və bəzi sürət qatarlarının fəaliyyəti dayandırılıb. Fəaliyyətdə olan sürət qatarlarınin isə işində gecikmələr istisna edilmir.

 

 

Aydan

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər