Coşua Van XXI əsrdə doğulan ilk UFC çempionu kimi tarixə düşüb
24 yaşlı Vanın MMA karyerasında 16 qələbə və 2 məğlubiyyət var. O, XXI əsrdə doğulan döyüşçülər arasında UFC çempionu olan ilk idmançı olub. Qələbə anında 24 il 1 ay 27 gün yaşı olan Van təşkilatın ən gənc çempionları siyahısında ikinci yeri tutub. Birinci yerdə 23 yaş 2 ayında titul qazanmış Con Cons qərarlaşıb. Bununla yanaşı, Van UFC-də çempion olan ilk asiyalı kişi döyüşçü kimi tarixə düşüb. 35 yaşlı Pantojanın MMA-da 30 qələbəsi və 6 məğlubiyyəti var. O, 2023-cü ilin iyulunda meksikalı Brendon Morenonu məğlub edərək UFC çempionu olub və ardıcıl dörd uğurlu titul müdafiəsi həyata keçirib.
