00:00:00
Yazar
Admin User
08.08.2024 13:32 294 1 dəq oxuma
Sosial

Çoxuşaqlı ailələrə və işsizlərə dövlət dəstəyi nəzərdə tutulur?

Çoxuşaqlı ailələrə və işsizlərə dövlət dəstəyi nəzərdə tutulur?

Hazırda Azərbaycanda Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə işsiz əhalinin sayı 5.45%-dir. Yenə DSK-nın məlumatına görə 2.6 min qadına çoxuşaqlı olduğu üçün dövlət pul verir. İşsizlərdə isə yalnız məşğulluqdan qeydiyyatdan keçən vətəndaşlara aylıq müavinət verilir.

Bəs məşğulluqdan qeydiyyatdan keçməyən və 5-dən az uşağı olan ailələrə müavinət verilməsi nəzərdə tutulurmu?

Məsələ ilə bağlı "informator.az"a açıqlamasında Milli Məclisin üzvü Fazil Mustafa bildirib ki, bu məsələ dəfələrlə müzakirə olunub:

"Çoxuşaqlı ailələrə pul verilir. Amma uşaqların sayı 5-dən yuxarı olanlara verilir. Uşaqların sayının azaldılması nəzərdə tutulur. Hər halda bu çoxuşaqlılığın stimullaşdırılmasını nəzərdə tutur. İşsizlər üçün isə fərli formada tətbiq olunur. İşsizlikdən sığorta  ilə bağlı  bizdə qanun var və ayrıca da bununla bağlı fond var və burdan ödənilir. Təbii ki, bu hamısını əhatə etmir, amma gələcəkdə hamısını əhatə eləməsi nəzərdə tutulur. Amma bütövlükdə işsizlikdən sığorta vəsaiti ödənir, amma bu məşğulluqdan qeydiyyatdan keçənlərə ödənilir. Gələcəkdə bütün işsizlər üçün vəsait ayrılması düşünülür".

Hüseyn İlyasov 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər