00:00:00
Yazar
Admin User
29.08.2023 06:18 719 1 dəq oxuma
Sosial

CƏRİMƏ 1000 MANAT OLSA DA, AZYAŞLI BUNU DƏRK ETMİR

CƏRİMƏ 1000 MANAT OLSA DA, AZYAŞLI BUNU DƏRK ETMİR

  Bakıda azyaşlı uşağın avtomobil idarə etməsilə bağlı görüntülər sosial şəbəkələrdə rekord qırır. Azyaşlının ağ rəngli "Nissan Patrol" avtomobilini idarə etməsi aydın görünür.

   Məsələyə münasibət bildirən Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırıb ki, nəqliyyat vasitəsini idarə edən şəxs 16 yaşına çatıbsa, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib ediləcək, şəxs 100 manat məbləğində cərimə olunacaq. Bu halda nəqliyyat vasitəsinin sahibi 60 manat məbləğində cərimə ödəməli olacaq. Görüntülərdə əks olunan oğlanın yaşı 16-dan az olduğu təqdirdə isə onun valideyni ilə bağlı atılacaq. Valideynə protokol tərtib olunub, 60 manat məbləğində cərimə cəzası tərtib ediləcək. Hər bir halda müvafiq araşdırılma aparılıb, hüquqi qiymət veriləcək. Hazırda azyaşlının müəyyən olunması, yaşının dəqiqləşdirilməsi istiqamətində iş aparılır.

   Bəs bu məsuliyyətsizliyin günahkarı kimdir? Valideynlər, yoxsa azyaşlılar?

  Ekspert Eldəniz Cəfərov günahı valideynlə yanaşı, həm də azyaşlının özündə görür. Deyir ki, adından da məlum olduğu kimi azyaşlıdır, həmin şəxsin sürücülük təcrübəsi, sürücülük vəsiqəsi yoxdur, ona avtomobil idarə etmək qadağandır. “Burada problem cərimənin məbləği deyil, problem azyaşlıların məsuliyyəti başa düşməməsidir. Cərimə 1000 manat belə olsa, azyaşlı bunu dərk etmir, yenə eyni səhvi edir”.

 

ÇİNARƏ MURADOVA

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər